Çin ABŞ-ı ASEAN-la ediləcək hərbi təlimlərdən kənarda tutmaq istəyir

2018/08/1565846351313513_1533370226.jpg
Oxunub: 3539     16:18     04 Avqust 2018    
Çin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası ilə planlaşdırdığı birgə hərbi təlimləri ABŞ-sız həyata keçirmək istəyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çin bununla Amerika ordusunun Asiya-Sakit okean regionundakı təsirini zəiflətmək istəyir.

Bəzi diplomatik mənbələrin məlumatına görə, Çinin təlimlərlə bağlı təklifində onun ASEAN-ın 10 dövlətini əhatə etməsi göstərilib. Bunlar Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tayland və Vyetnamdır.

Digər tərəfdən o, bu dövlətlərdən başqa təlimə qatılmaq istəyən digər dövlətlərin təlimi planlaşdıran dövlətlərin hamısının razılığı ilə iştirak etmək imkanı əldə etməsini təklif edib. Bu təklif isə Çinə ABŞ-ın təlimdə iştirakına veto hüququ qazandıracaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   ASEAN  


Bizi "telegram"da izləyin