Ordu.az “Business Insider”ə istinadən xəbər verir ki, o, gəmilərin dənizdə qalma vaxtının azaldıldığını və onların gedəcəyi yerlərlə, yerinə yetirəcəyi tapşırıqlardakı yanaşmanın yumşaldıldığını bildirib.
Bu, həm filotiliya və onun personalı üzərindəki çətinliyin azaldılması, həm də rəqib ölkələrin ABŞ aviadaşıyıcılarının fəaliyyətinə dair tərəddüddə qalmalarını təmin etmək üçündür.
Aviadaşıyıcılar hər zaman ABŞ-ın təhlükəsizlik strategiyasında önəmli paya sahib olub. Hazırda donanmanın səlahiyyətində 11 aviadaşıyıcı var. Onlardan üçü yeni istiqamətdə tapşırığa göndəriləcək.
Bunlar “USS Abraham Lincoln”, “USS John C. Stennis”, “USS Carl Vinson” gəmiləridir. Onlar uyğun olaraq Sakit okeanın şərqi, Norfolk və ABŞ-ın qərb sahilinə göndəriləcək.
Ağalar Ağalarlı
Ordu.az