Əfqanıstanda NATO-nun maşın karvanına hücum edilib

2018/08/suicide-attack-US-forces-Afghanistan_1533369206.jpg
Oxunub: 3251     15:46     04 Avqust 2018    
Əfqanıstanın Pərvan vilayətində NATO-nun maşın karvanına bomba hücumu edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Pərvan vilayətinin Bəqram bölgəsində baş verib.

Bölgə rəhbəri Saifulla Beydərin sözlərinə görə, təqribən səhər 05:00 radələrində baş verən hadisə nəticəsində bir əsgər yaralanıb.

O bildirib ki, xarici hərbi qulluqçular hadisə zamanı bölgədə patrul reydi həyata keçirirdi. Bu zaman yol kənarında quraşdırılan bombanın partladılması nəticəsində NATO-ya məxsus bir tank sıradan çıxıb, bir əsgər isə yaralanıb.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən “Taliban” qiyamçıları isə partlayışda beş amerikalı əsgərin həlak olduğunu iddia ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   NATO   Taliban  


Bizi "telegram"da izləyin