Yəmən ordusu Əl-Baydada irəliləməyə davam edir

2018/08/1529664725_1533366936.jpg
Oxunub: 2047     15:14     04 Avqust 2018    
Yəmən ordusu husilərə qarşı keçirilən əməliyyatlar nəticəsində daha bir yaşayış məntəqəsini azad edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Yəmən Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ordu qüvvələri ötən gün ərzində və bu gün səhər saatlarından etibarən husi mövqelərinə artilleriya zərbələri endirib.

Rəsmi məlumata əsasən əməliyyatlar nəticəsində Əl-Bayda vilayətinin şərqində Əl-Məlcəm şəhərinin xeyli hissəsi qiyamçılardan azad edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husilər   Əl-Bayda  


Bizi "telegram"da izləyin