Hindistan ordusu Kəşmirdə 2 sivili öldürüb

2018/08/5902abcf0ab0f_1533366614.jpg
Oxunub: 2660     15:07     04 Avqust 2018    
Hindistan ordusunun Kəşmirdə dinc etirazlar edən bir qrup insanı atəşə tutması nəticəsində 2 mülki vətəndaş həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.

Bildirilir ki, Hindistan ordu qüvvələri bu gün səhər Kəşmirin Kupvara şəhərində etirazlar edən dinc əhaliyə atəş açıb.

Rəsmi məlumata əsasən, hərbçilərin silahlı hücumu nəticəsində 2 mülki vətəndaş həlak olub.

Qeyd edək ki, bununla 2016-cı ildən bu yana öldürülən sivillərin sayı 145-ə çatıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Kəşmir  


Bizi "telegram"da izləyin