İsrail Qəzza blokadasını yarmağa çalışan gəmini saxlayıb

2018/08/F100601FFMM07_1533365648.jpg
Oxunub: 3897     14:39     04 Avqust 2018    
İsrail donanması Aralıq dənizində HƏMAS-ın blokadasını yarmağa çalışan təxribatçı gəmini saxlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, saxlanılan gəmi İsveç bayrağı altında üzüb.

Məsələ ilə bağlı İsrail Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən sözügedən gəmi İsrail və Misir tərəfindən blokadada saxlanılan HƏMAS-a dəstək məqsədilə sahilə yan alıb.

Qeyd edək ki, saxlanılan gəmidə bir neçə ölkədən olmaqla 13 nəfər heyət üzvü olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin