“ABŞ qoşunları niyə İranın arxa baxçasındadırlar” – Zərif

2018/08/1048136708_1533364993.jpg
Oxunub: 1557     14:31     04 Avqust 2018    
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ qoşunlarının İranın qonşuluğunda yerləşdirilməsini müzakirəyə açıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə özünün rəsmi “Twitter” hesabında yazıb.

O, həm də ABŞ donanmasının Fars körfəzini “Ərəb körfəzi” adlandırmasına da sərt reaksiya verib.

“ABŞ donanması bizim sularımızda öz yolunu tapa bilmir. Güman ki, o, buranın adını bilmir: Fars körfəzi, ABŞ-ın mövcudluğundan 2000 il daha çox müddətdə bura Fars körfəzi adlanıb. Ya da bəlkə ABŞ donanması öz evlərindən 7 min mil uzaqlıqda, bizim arxa baxçamızda nə işlə məşğul olduğunu bilmir”, - deyə Zərif yazıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığının mətbuat katibi dünən CNN-ə verdiyi müsahibəsində bölgəni adlandırmaq üçün “Ərəb körfəzi” ifadəsindən istifadə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Fars-Körfəzi  


Bizi "telegram"da izləyin