İsrail HƏMAS-ı bombalayıb

2018/08/F140718HP26-e1405679910301_1533363332.jpg
Oxunub: 2916     14:16     04 Avqust 2018    
İsrail ordusu HƏMAS mövqelərinə artilleriya zərbələri endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı İsrail Müdafiə Nazirliyi açıqlayıb.

Bildirilib ki, Qəzza zolağında İsrail-Fələstin sərhədindəki İsrailə məxsus nəzarət postu hərəkat tərəfindən hücuma məruz qalıb.

Məlumata əsasən, ordu qüvvələri dərhal HƏMAS-ın hücumlarına qarşılıq verib.

Qeyd olunub ki, endirilən artilleriya zərbələri nəticəsində 1 hərəkat üzvü zərərsizləşdirilib. Qarşıdurmalarda daha 26 HƏMAS üzvü yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin