ABŞ QQ 3,9 milyon dollara CHS-5 alacaq

2018/08/received_2217641875134803_1533321205.jpeg
Oxunub: 2522     02:41     04 Avqust 2018    
ABŞ Quru Qoşunları “General Dynamics” kompaniyası ilə 3,9 milyard dollar dəyərində müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilə çərçivəsində firma ABŞ QQ-yə beşinci nəsil Ortaq Təchizat Sistemləri (CHS-5) təmin edəcək.

Müqavilədə yeni sistemlərin çatdırılması ilə yanaşı mövcud sistemlərin istifadə müddətinin uzadılması istiqamətində işlərin görülməsi də nəzərdə tutulub.

Müqavilə beş illik bağlanıb və görüləcək işlərin 2023-cü ilin avqustunda başa çatdırılması planlaşdırılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-QQ   CHS-5  


Bizi "telegram"da izləyin