Hərbi kommunikasiya bazarının dəyəri 2023-cü ildə 37 milyardı keçəcək

2018/08/received_2217630255135965_1533318594.jpeg
Oxunub: 2102     01:38     04 Avqust 2018    
Hərbi kommunikasiya bazarının dəyəri qarşıdakı beş il ərzində illik 3,6 artaraq 2023-cü ildə 37,67 milyard dollara çatacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hazırlanmış hesabata görə, bazarın hazırkı dəyəri isə 31,5 milyard dollara yaxındır.

Bazarın bu sürətlə böyüməsinin əsas səbəbi isə mübahisəli region dövlətlərinin hərbi kommunikasiya ləvazimatları ilə təchizatında daha çox diqqət artırmasıdır.

Bazarın əsas istehsalçı şirkətləri arasında “Türkiyənin ASELSAN, Britaniyanın “BAE Systems”, İsrailin “Elbit Systems”, ABŞ-ın “General Dynamics”, “Harris Corporation”, “Raytheon” və s. şirkətlər var.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-Kommunikasiya  


Bizi "telegram"da izləyin