ABŞ HDQ-nin başlıca problemi: Gəmi əleyhinə raketlər

2018/08/received_2107950762751552_1533315780.jpeg
Oxunub: 3196     01:14     04 Avqust 2018    
ABŞ Hərbi Dəniz Qüvvələrinin xidmətindəki gəmi əleyhinə uzaq mənzilli gəmi əleyhinə raketlərin (LRASM) vəziyyəti heç də qənaətbəxş hesab edilmir.

Ordu.az xəbər verir ki, bu barədə məlumat “National İnterest”in yayımladığı məqalədə qeyd olunub.

Bildirilib ki, Pentaqon bu məsələ ilə bağlı müəyyən addımlar atsa da, bunlar problemin aradan qaldırılması üçün yetərli sayıla bilməz.

Belə ki, 2019-cu maliyyə ili üçün nəzərdə tutulan Milli Müdafiə Səlahiyyətləndirmə Qanununa əsasən Pentaqon növbəti il üçün “Boeing”dən “Harpoon Block II+” raketlərinin alışı üçün 26,8 milyon dollar xərcləyəcək.

Bildirilir ki, bu Pentaqonun tələb etdiyindən 12 milyon dollar çox olsa da, problemin tamamilə aradan qaldırılması üçün gərəkli məbləğin dəfələrlə gerisindədir.

Belə ki, hazırda ABŞ donanmasının xidmətindəki 15 mindən çox LRASM raketlərinin saz vəziyyətə gətirilməsi və ya yeniləri ilə əvəzlənməsi üçün 6,5 milyard dollara ehtiyac var.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-HDQ   Gəmi-əleyhinə-raket  


Bizi "telegram"da izləyin