Ordu.az “The Diplomat”a istinadən xəbər verir ki, Çinin “Aegisi” kimi tanınan bu gəmilərin ən sonuncusu Şanxaydakı “Jiangan” gəmiqayırma tərsanəsində suya buraxılıb.
Peyk görüntülərində yeni esminesin helikopterin enməsi üçün nəzərdə tutulmuş göyərtəsi bir öncəki versiyasından 4 metr daha uzundur.
Daha geniş göyrtənin tikilməsinin Çinin yeni istifadəyə verdiyi Z-20 helikopterlərinə uyğun olması tələbindən qaynaqlandığı düşünülür. Z-20 helikopteri sualtı gəmi əleyhinə müharibə ləvazimatları ilə təchiz olunub.
Yeni esminesdə 64 ədəd şaquli atış sisteminin, hər sistemdə isə 1-4 arası raketin olduğu ehtimal edilir. Bu raketlər arasında Çin donanmasının ən ölümcül gəmi əleyhinə raketlərindən olan YJ-18 qanadlı raketi də var.
Qeyd edək ki, Çin donanmasına azı 18 ədəd idarəolunan raketlə təchiz edilmiş “Type 052D” esminesinin çatdırılması planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az