Pentaqon Kibertəhlükəsizlik Qüvvələri formalaşdıra bilər.

2018/08/received_2107952022751426_1533308983.png
Oxunub: 3644     23:05     03 Avqust 2018    
ABŞ Hərbi Qüvvələri daxilində yeni Kibertəhlükəsizlik korpusunun formalaşdırılması ilə bağlı təkliflər verilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə müzakirələr ötən gün Vaşinqtonda baş tutan hərbi konfrans zamanı bildirilib.

Qeyd olunub ki, hazırda ABŞ ordusu daxilində 5 korpusun hər birində kiber təhlükəsizliklə bağlı araşdırmalar aparıldığı, bu sahədə xidmətin göstərildiyi üsusi bir bölmə var.

Lakin bir-biri ilə əlaqəsiz şəkildə fəaliyyət göstərən bu alt qurumlarının fəaliyyətinin düzgün şəkildə koordinasiya edilməsi demək olar ki, mümkünsüz vəziyyətdədir.

Buna görə də konfransda iştirak edən bir çox generallar təklif ediblər bu alt qurumlar digər komandanlıqlardan alınaraq bir araya gətirilsin və ABŞ hərbi qüvvələri daxilində 6-cı korpus olan Kiber Təhlükəsizlik korpusu formalaşdırılsın.

Qeyd edək ki, bir sıra ekspertlər bu ideyanı uğurlu hesab etsələr də, bildirirlər ki, belə bir komandanlığın formalaşdırılması və işinin tam müstəqil şəkildə təmin edilməsi üçün 10-15 il vaxt və on milyardlarla dollar vəsaitə ehtiyac var.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin