“Mundus Group” və ABŞ arasında 1,5 milyon dollarlıq müqavilə imzalanıb

2018/08/Снимок_1533304644.png
Oxunub: 2512     21:50     03 Avqust 2018    
ABŞ qırıcıları üçün qanada raket kilidləmə sisteminin yenilənməsi ilə bağlı “Mundus Group” şirkəti ilə razılıq əldə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.

Bildirilir ki, müqaviləyə əsasən şirkət ABŞ HHQ daxilindəki qırıcıları raket kilidləmə sistemləri ilə təchiz edəcək.

Məlumata əsasən, qarşıdakı il həyata keçiriləcək layihə nəticəsində şirkət ABŞ-ın 120-yə qədər qırıcısının sözügedən sistemlərinə baxış keçirəcək.

Qeyd edək ki, layihənin ümumi dəyərinin 1,5 milyon dollar olduğu bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Mundus-Group   Qanada-Raket-Kilidləmə-Sistemi  


Bizi "telegram"da izləyin