Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Bolqarıstan donanmasının admiralı Mitko Petev bildirib.
O qeyd edib ki, tərəflər gəmilərin 2019-cu il ərzində təhvil verilməsi ilə bağlı razılıq əldə edib.
Belə ki, növbəti il ərzində ABŞ-dan saatda 78 kilometr maksimum sürətə sahib 24 ədəd sahil nəzarət gəmisinin alınması planlaşdırılır.
Bildirilib ki, 185 kilometr maksimum radiusa sahib gəmilərin təhvil veriləcəyi layihənin ümumi dəyəri 20 milyon dollardır.
Dəyanət Ağalarlı
Ordu.az