Rusiya MN: ABŞ qoşunlarının yerləşdiyi bölgədə İŞİD-çilərin sayı artır

2018/08/1055506884_1533301559.jpg
Oxunub: 2624     21:03     03 Avqust 2018    
ABŞ qoşunlarının yerləşdirildiyi bölgə olan Əl-Tanafda İŞİD terrorçularının sayı əhəmiyyətli dərəcədə artır.

Ordu.az SANA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İraq və Suriya sərhədində yerləşən Əl-Tanaf bölgəsində İŞİD-ə mənsub terrorçuların sayında artım müşahidə edilir. Burada isə həm də ABŞ qoşunları fəaliyyət göstərir.

Eyni zamanda bölgədə yerləşən terrorçuların Əs-Suveydə, Dəməşq, Palmir və Deyr əz-Zor istiqamətində intensiv şəkildə terror hücumları həyata keçirməyə cəhd etdikləri bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   İŞİD  


Bizi "telegram"da izləyin