“Gürcüstandakı NATO təlimləri Rusiyaya təzyiq etmək üçündür” – Zaxarova

2018/08/1199900_1533299779.jpg
Oxunub: 3540     20:47     03 Avqust 2018    
“Biz NATO təlimlərinin Qara dəniz regionunda təhlükəsizliyi təmin etmək məqsədi daşıdığına dair Gürcüstan Müdafiə Nazirliyinin bəyanatını qəbul edə bilmərik”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün baş tutan mətbuat konfransında çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova danışıb.

“Gürcüstandakı NATO təlimləri Rusiyaya təzyiq etmək məqsədi daşıyır. Stabillik və təhlükəsizlik konstruktiv dialoq deməkdir, helikopterlər və tanklar yox”, - deyə xanım diplomat bildirib.

Qeyd edək ki, sözügedən təlimlər Gürcüstanın Vaziani hərbi bazasında avqustun birindən etibarən həyata keçirilir. Təlimdə NATO üzvü və partnyoru olan 13 dövlətin hərbçiləri iştirak edirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Rusiya   NATO  


Bizi "telegram"da izləyin