Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 1 il çəkən sınaq mərhələsindən sonra gəmi ötən gün Meksika körfəzinə buraxılıb.
Məsələ ilə bağlı ABŞ donanmasının mətbuat xidmətinin yaydığı məlumata əsasən, “Austal” şirkəti tərəfindən istehsal edilən 3104 ton həcmindəki gəmi sınaqları uğurla tamamlayıb.
Bildirilib ki, 127 metr uzunluğundakı gəmi ABŞ-ın Meksika körfəzi sahillərinin təhlükəsizliyinin təminatında istifadə olunacaq.
Qeyd edək ki, 2010-2016-cı illərdə istehsal olunan gəminin modernizasiyasız istifadə müddəti 22 il müəyyən edilib.
Dəyanət Ağalarlı
Ordu.az