Zaxarova: "Rusiyanın MAR-dakı hərbi mövcudluğuna dair xəbərlər təhrif edilib"

2018/08/1199888_1533297663.jpg
Oxunub: 2788     20:23     03 Avqust 2018    
“Rusiya ordusunun təlimçiləri Mərkəzi Afrika Respublikasında qanuni əsaslarla yerləşdirilib, buna görə də Moskvanın buradakı hərbi mövcudluğuna dair xəbərlər açıq-aşkar təhrif edilir”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova səsləndirib.

“Rusiya beynəlxalq toplumun MAR-ın hüquq-mühafizə orqanlarının gücləndirilməsi istiqamətində atdığı addımlar çərçivəsində ölkəyə hərbi yardımlar edir”, - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, hazırda MAR-da 175 Rusiya eksperti fəaliyyət göstərir ki, onların beşi hərbi instruktor, 170-i isə mülki mütəxəssislərdir. Onların buraya yerləşdirilməsi isə MAR prezidentinin hərbi personala təlim keçilməsi barəsində Rusiyadan xahişi əsasında baş tutub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   MAR  


Bizi "telegram"da izləyin