İran donanmasının təlimləri başlayıb?

2018/08/Untitled-2-678x381_1533296335.jpg
Oxunub: 3034     19:52     03 Avqust 2018    
“İran Fars körfəzində geniş miqyaslı donanma təliminə start verib”.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə adı çəkilməyən ABŞ rəsmisi bildirib.

Anonimliyinin qorunmasını istəyən rəsmi təlimdə təxminən 100 gəminin iştirak etdiyini, eyni zamanda kiçik qayıqların da qatıldığını bildirib.

Eyni zamanda ABŞ Mərkəzi Komandanlığı da Hörmüz boğazı da daxil olmaqla regionda İran donanmasının aktivliyinin müşahidə olunduğunu təsdiqləyib.

Buna baxmayaraq, başqa bir amerikalı rəsmi isə təlimlərin bu həftənin qarşıdakı günlərində başlaya biləcəyini bildirib.

Qeyd edək ki, İran və ABŞ arasındakı son dövrlərdə yaşanan gərginlik sonrası iran Hörmüz boğazını neft daşınmalarına bağlaya biləcəyini elan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Donanma  


Bizi "telegram"da izləyin