Hindistan 1,2 milyard dollarlıq hərbi ləvazimat almağı planlaşdırır

2018/08/1532951323_1533295742.jpg
Oxunub: 3685     19:29     03 Avqust 2018    
Hindistan və ABŞ arasında NASMAS-II hava hücumundan müdafiə sistemlərinin satışının də yer aldığı 1,2 milyard dollarlıq müqavilə ilə bağlı müzakirələr aparılır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Hindistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, Hindistan və ABŞ hərbi nümayəndə heyətləri arasında məsələ ilə bağlı ilk görüş keçirilib.

Müqaviləyə əsasən Hindistan ABŞ-dan NASAMS II HHM sistemi, radar sistemləri, 20-ə qədər dron və 12 ədəd helikopter almağı planlaşdırır.

Qeyd edək ki, layihənin ümumi dəyəri 1,2 milyard dollardır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hindistan   NASAMS-II    


Bizi "telegram"da izləyin