Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Sinqapur Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sinqapurda baş tutan simulyativ təlimə Çin və CŞA-nın 10 dövlətinin donanması qatılıb.
Sinqapur donanmasının 185-ci eskadrilyasının zabiti Lim Yu Çan təlim nəticəsində iştirakçı donanmaların birlikdə işləmə qabiliyyətinin gücləndiyini bildirib.
Qeyd edək ki, Çin və ASEAN dövlətləri ilk donanma təlimlərinin oktyabr ayında Çinin su məkanında həyata keçirilməsini planlaşdırıb.
Ağalar Ağalarlı
Ordu.az