HMS korporasiyası ilin 2-ci rübünə dair hesabatını dərc edib

2018/08/Снимок_1533294518.png
Oxunub: 4400     19:05     03 Avqust 2018    
Mərkəzi binası Texasda yerləşən HMS şirkəti özünün bu ilin 2-ci rübünə olan maliyyə hesabatını yayımlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hərbi gəmilərin istehsalı üzrə ixtisaslaşan şirkətin bu ilin aprel-iyun ayları ərzində əldə etdiyi gəlir 146,8 milyon dollar təşkil edib.

Belə ki, bu rəqəm ötən ilin analoji dövrü üçün olan gəliri 13 faiz üstələyərək şirkət tarixinin bir rüb üçün əldə etdiyi ən yüksək nəticə olub.

Hesabata əsasən, şirkətin qeyd olunan dövr üçün gəlir və xərcləri arasındakı nisbət -20 milyon dollar təşkil edib.

Qeyd edək ki, son 7 rübü xalis zərərlə başa vuran şirkətin əsas partnyorları Pentaqon və Böyük Britaniya hesab olunur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HMS   Hesabat  


Bizi "telegram"da izləyin