Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunun (SIPRI) yayımladığı hesabatda qeyd olunub.
Bildirilir ki, hazırda alyansın avropalı nümayəndələri içində ən böyük hərbi xərclər Fransaya məxsusdur. Belə ki, Fransa 2017-ci ildə müdafiə sahəsinə 56,3 milyard dollar vəsait xərcləyib
Hesabata əsasən, Avropadakı bütün NATO müttəfiqlərinin illik hərbi xərcləri 240 milyard dollar ətrafında olub ki, bunun da təxminən 170 milyard dolları silahlanma və hərbi sənaye məqsədli elmi araşdırmalar üçün istifadə olunub.
Bildirilib ki, silahlanma üçün xərclənən 170 milyard dollarlıq məbləğin təxminən 120 milyardı ABŞ şirkətlərindən idxal edilən mal və xidmətlər hesabına həyata keçirilib.
Qeyd edək ki, bu rəqəm ABŞ şirkətlərinin Pentaqondan əldə etdiyi layihələrin ümumi miqdarından daha çoxdur.
Dəyanət Ağalarlı
Ordu.az