Nanopeyk bazarı: 2018-2025 (HESABAT)

2018/08/nasa-small-sats-624x351_1533291960.jpg
Oxunub: 4097     18:23     03 Avqust 2018    
Rəsmi statistikalar göstərir ki, hərbi məqsədlər üçün istifadə edilən Nanopeyk bazarı aerokosmik sənayenin ən sürətlə inkişaf edən sahələrindəndir.

Ordu.az “İndustry Today”ə istinadən xəbər verir ki, bu barədə “Global Snapshot” tərəfindən aparılan bazar araşdırması ilə bağlı hesabatda qeyd olunub.

Bildirilir ki, hazırda bu sektor hərbi sənaye sahələrinin proporsional olaraq ən sürətli inkişaf edən sektorudur və bu artım dinamikası getdikcə daha da yüksəlməkdədir.

Belə ki, hazırda 12,6 faiz orta illik inkişaf tendensiyası göstərən bazarla bağlı edilən proqnozlar 2025-ci ildə bu rəqəmin 21,8 faiz olacağını deməyə imkan verir.

2017-ci il üçün 13,4 milyard dollar olan bazarın həcminin 2025-ci ildə 35-40 milyard dollar arasında qərar tutacağı ehtimal edilir.

Hazırda əsas 5 oyunçunun sıra ilə “Lockheed Martin”, “Northrop Grumman”, “Planet Labs”, “Surrey Satellite Technologies” və “Spire Global” olduğu bazar hərbi və mülki sənaye arasında keçid mövqedə qərarlaşıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nano-Peyk-Bazarı   Hesabat  


Bizi "telegram"da izləyin