Britaniya və “NW” arasında yeni bir müqavilə imzalanıb

2018/08/technician-repairing-windscreen-chip_1533291151.jpg
Oxunub: 1850     18:09     03 Avqust 2018    
Böyük Britaniya Müdafiə Nazirliyi ordunun xidmətindəki hərbi texnikaların günəş panelləri ilə təchizatını “National Windscreens” şirkətinə tapşırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat şirkətin mətbuat xidməti tərəfindən yayılıb.

Bildirilir ki, müqaviləyə əsasən, şirkət Böyük Britaniya ordusunun xidmətindəki 4000-ə qədər döyüş texnikasının sahib olduğu günəş panellərini modernizasiya edəcək, yaxud yeniləyəcək.

Bildirilir ki, ümumi dəyəri 368 milyon dollar olan layihə qarşıdakı 5 il ərzində mərhələli şəkildə həyata keçiriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   National-Windscreens   Günəş-Panelləri  


Bizi "telegram"da izləyin