Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi hesabatı GAO hökumət araşdırmalar ofisi yayımlayıb.
Qeyd olunub ki, 76000 ton həcmindəki döyüş gəmisi hazırda aktiv istifadəyə yararsız vəziyyətdədir.
Buna görə də ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı Pentaqona gəminin modernizasiyası ilə bağlı tələb göndərib.
Tələbə əsasən, CVN-65 gəmisinin növbəti ildən etibarən start götürülməsi planlaşdırılan modernizasiya işlərinin ümumi dəyəri 1,1 milyard dollar olacaq.
Bildirilir ki, 2 il davam edəcək modernizasiya işləri nəticəsində gəmi əlavə 15 il xidmət müddəti əldə edəcək.
Qeyd edək ki, bir çox hərbi ekspertlər təxminən 30 yaşlı gəminin belə nəhəng ölçülü modernizasiya işləri əvəzinə yeni gəminin istehsalının daha məqsədəuyğun olacağını bildiriblər.
Dəyanət Ağalarlı
Ordu.az