ABŞ HHQ kəşfiyyatında açar mövzu: KNA

2018/08/Снимок_1533284737.png
Oxunub: 2634     16:51     03 Avqust 2018    
ABŞ hərbi hava qüvvələrinin kəşfiyyat və data analizi strategiyasında kəşfiyyat, nəzarət, axtarış sistemlərinə investisiyaların həcminin artırılması başlıca prioritetlərdəndir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı ABŞ HHQ-nin komandanının köməkçisi general-leytenant Veralin Cemison bildirib.

O qeyd edib ki, hazırda Pentaqon daxilində bu məsələ ilə bağlı ciddi müzakirələr aparılır.

“ABŞ Hərbi Hava Qüvvələrinin gələcəklə bağlı başlıca planlarından biri kəşfiyyat məsələlərində və data analizində kəşfiyyat, nəzarət, axtarış sistemlərinin daha da təkmilləşdirilməsidir. Hətta qeyd edə bilərəm ki, ümumi dəyəri 40 milyard dollar olan 10 illik nəhəng bir proqramın üzərində yekunlaşdırma işləri aparılır. Bu layihə qəbul edilərsə, KNA üzrə süni zəkanın genişmiqyaslı tətbiqi mümkün olacaq”, - deyə o bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KNA   Süni-Zəka  


Bizi "telegram"da izləyin