Hindistan “Tejas” təyyarələri bir sıra uğurlu sınaqlardan keçib

2018/08/1568468465143514351_1533284167.jpeg
Oxunub: 2251     16:15     03 Avqust 2018    
Hindistanın milli döyüş təyyarəsi olan “Tejas” qırıcısının göyərtə tipli versiyası bir sıra uğurlu sınaqlardan keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan donanmasının rəsmisi bildirib.

Onun sözlərinə görə, “Tejas”ın aviadaşıyıcı gəminin göyərtəsinə enib-qalxmağa uyğunlaşdırılmış versiyasının qabiliyyətlərini yoxlamaq məqsədilə həyata keçirilən sınaqlar hazırda davam edir. Bu vaxta qədər isə təyyarə artıq bir sıra sınaqları uğurla başa vurub.

Rəsmi Hindistanın da artıq aviadaşıyıcıdan tapşırıq yerinə yetirmək imkanına malik təyyarə istehsal etdiyinin əminliklə deyə bilinəcəyini və bu mənada ölkənin Avropa, ABŞ, Rusiya və Çinin arasına daxil olduğunu vurğulayıb.

Qeyd edək ki, Hindistan Hərbi Hava Qüvəvələri bu vaxta qədər artıq 40 ədəd “Tejas” təyyarəsinin istehsalını sifariş edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Tejas   Təyyarə  


Bizi "telegram"da izləyin