Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqon “Lockheed Martin” tərəfindən istehsal edilən sözügedən raketlərin satışı ilə bağlı 2012-2018-ci illər ərzində ümumilikdə 20 müqavilə imzalayıb.
Qeyd olunub ki, müqavilələrdən ən böyük dəyərə sahib olanı 11 iyun 2016-cı ildə İraqla imzalanıb. Belə ki, həmin müqaviləyə əsasən ABŞ İŞİD-lə mübarizə məqsədilə İraq hökumətinə 800 milyon dollar dəyərində 5000 ədəd “Hellfire” raketi təhvil verməyi üzərinə götürüb.
Hesabata əsasən, bu müddət ərzində raketlərin Britaniya, Fransa, Küveyt, Kuba, İraq, Livan, Səudiyyə Ərəbistanı, İndoneziya, Cənubi Koreya, Niderland, Avstraliya və Misirə ixracı həyata keçirilib.
Bildirilir ki, qeyd olunan dövrdə 13 fərqli dövlətlə bağlanan 20-ə qədər satış və modernizasiya müqavilələrinin ümumi dəyəri 3,5 milyard dollardan yüksək olub.
Qeyd edək ki, bu müqavilələr nəticəsində ABŞ 12 mindən çox “Hellfire” raketi ixrac edib.
Dəyanət Ağalarlı
Ordu.az