Rusiyalı diplomat: "ABŞ-ın Rumıniyadakı HHM sistemləri Rusiyaya təhdiddir"

2018/08/1199836_1533283434.jpg
Oxunub: 3630     15:56     03 Avqust 2018    
“ABŞ-ın Rumıniyanın Deveselu bölgəsində yerləşdirilmiş “Aegis Ashore” hava hücumundan müdafiə sistemləri Rusiya təhlükəsizliyinə təhdiddir”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Rumıniyadakı diplomatı Pavel Alekseyenko ifadə edib.

Qeyd edək ki, Rumıniya Müdafiə naziri Mixay Fifor bir neçə gün öncə verdiyi müsahibəsində ölkəsinin ballistik raketlər olan hərbi bazaya sahib olduğunu bildirib.

Öz “Facebook” hesabı vasitəsilə açıqlama verən Alekseyenko isə Fiforun açıqlamasını xatırladaraq, belə bir bazanın birbaşa olaraq Rusiya milli təhlükəsizliyinə təhdid olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ raketdən müdafiə sistemləri Deveslu hərbi bazasına 2016-cı ilin mayında yerləşdirilib. Burada “Aegis Ashore” sistemlərilə yanaşı, 200 qədər ABŞ hərbçisinin olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Rumıniya  


Bizi "telegram"da izləyin