“Pompeo ilə görüş konstruktiv oldu” – Çavuşoğlu

2018/08/thumbs_b_c_1e4f22b853bcd777a4162e5e13a046be_1533282654.jpg
Oxunub: 3189     15:48     03 Avqust 2018    
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Mayk pompeo ilə bu gün Sinqapurda bir araya gəlib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə danışan Çavuşoğlu görüşün konstruktiv keçdiyini bildirib.

Ölkələr arasında fikir ayrılıqlarının ola biləcəyini söyləyən Çavuşoğlu Türkiyənin həmişə problemləri diplomatiya, dialoq və qarşılıqlı müzakirə vasitəsilə həll etməyə meyilli olduğunu vurğulayıb.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayan nazir bu fikirləri səsləndirib:

“Təhdid dili ilə, sanksiyalarla heç bir nəticə əldə edilə bilməyəcəyini lap əvvəldən dedik, bu gün yenə təkrarlayırıq. Düşünürəm ki, çox yaxşı anlaşılır fikirlərimiz. Pompeo ilə keçirdiyimiz görüşdə mövcud problemləri necə həll edəcəyimizi, birlikdə hansı addımlar atacağımızı dəyərləndirdik. Bu mənada son dərəcə konstruktiv bir görüş olduğunu deyə bilərəm”.

Çavuşoğlu bir görüşlə bütün problemlərin həllinin mümkün olmadığını və bundan sonra da dialoq və əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Onun sözlərinə görə, müzakirələr zamanı iki ölkə arasındakı əlaqələr, Münbic Yol Xəritəsi, PKK-ya dair işçi qrupu, İdlib kimi bir çox sahə üzrə də atıla biləcək addımların ələ alınıb.

Qeyd edək ki, Çavuşoğlu və Pompeo 51-ci Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının Xarici İşlər nazirlərinin Sammiti çərçivəsində Sinqapurda səfərdədirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ   Münbic  


Bizi "telegram"da izləyin