"Avstraliya Çini hərbi xərclərini artırmağa sövq edir"- Politoloq

2018/08/1025379147_1533282407.jpg
Oxunub: 2971     15:37     03 Avqust 2018    
"Avstraliya Çinlə rəqabətdə qalib gəlmək üçün qarşı tərəfi hərbi xərclərini artırmağa təhrik edir".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı amerikalı politoloq Mayk Skrafton bildirib.

O qeyd edib ki, hazırkı situassiyada ABŞ-ın təhlükəsizlik çətiri altında yer almadığı üçün Avstraliya gələcəyi ilə bağlı bir sıra məqamlar qaranlıq olaraq qalır.

“Avstraliya heç vaxt bu qədər ciddi təhdidlərlə üzləşməyib. Daima dünyanın o biri ucunda olmaq və hərəkətli bölgələrdən uzaqlıq Avstraliyanın işinə yarayıb. Müharibə və münaqişələrdən kənarda qalması Avstraliyanın sürətli inkişafına zəmin yaradıb”, - deyə politoloq bildirib.

O həmçinin Avstraliyanın hazırda qarşılaşdığı vəziyyəti qəliz bir labirintə kimi xarakterizə edib.

Mayk Skrafton sözlərinə onu da əlavə edib ki, indi Çin kimi nəhəng təhlükə Avstraliyanın başının üzərində dayanıb: “Avstraliyanın NATO müttəfiqlərindən fərqli olaraq ABŞ kimi bir sığortası da yoxdur. Ona görə də Kanberra öz ayağı üzərində dayanmağı və uğurlu siyasət aparmalıdır. Hələlik biz onların bu sahədə uğurla davam etdiklərini deyə bilərik. Avstraliya Çini hərbi xərclərini artırmağa təşviq edir. Əlbəttə bu çox sınanmış və uğurlu bir gedişdir. Lakin bu siyasətin öz effektiv nəticəsini göstərməsi üçün uzun müddət tələb olunur. Hazırda Avstraliyanın hərbi xərclərinin onun ÜDM-sinə olan nisbəti təxminən 2,1 faizdir ki, Kanberranın açıqladığı planlarda bu rəqəmin yaxın zamanlarda 2,5-3 faizə çıxarılması planlaşdırılır. Qeyd etməliyəm ki, Çində hazırda bu rəqəm 1,9 faizdir və əgər Pekin bu rəqəmi Avstraliyadakı ilə eyniləşdirməyə çalışarsa onda hazırkı rəqəmlərlə əlavə 70-80 milyard dollar xərcləməlidir ki, bunun da səbəb ola biləcəyi iqtisadi problemləri təxmin etmək bir o qədər də çətin deyil”

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Çin   Hərbi-Xərclər  


Bizi "telegram"da izləyin