BMT Yəməndəki narahat tərəfləri Cenevrədə toplamağı planlaşdırır

2018/08/661853106_1533281984.jpg
Oxunub: 2050     15:24     03 Avqust 2018    
BMT Yəməndəki vəziyyətdən narahat tərəfləri sentyabrın 6-da Cenevrədə müzakirələrə dəvət etməyi planlaşdırır.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits bildirib.

3 ildən artıq müddətdir davam edən müharibəni sona çatdırmağa çalışan BMT nümayəndəsi planlaşdırılan görüşdə sülh müzakirələrinin aparılacağını vurğulayıb.

O, həm də bu görüşdə qarşı tərəflər arasında etibarın möhkəmləndirilməsinə yardım edəcək tədbirlərin görülməsi üzrə razılıq əldə edilməsinə ümid etdiyini bildirib.

Qeyd edək ki, 2015-ci ildən etibarən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası ilə husi qiyamçıları arasında Yəməndə müharibə davam edir. Koalisiya qüvvələri İranı husilərə silah çatdırmaqda ittiham etsə də, İran bu iddiaları dəfələrlə rədd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   BMT   Husilər  


Bizi "telegram"da izləyin