Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Pentaqonun ötən gün yayımladığı hesabatda qeyd olunub.
Məlumata əsasən hazırda 29 NATO üzvündən 15-i nüvə paylanması ilə bağlı danışıqlarda praktiki şəkildə iştirak edir. Hansı ki, bu dövlətlərin bəziləri daxilində hazırda nüvə silahı mövcuddur, digərlərində isə nüvə silahlarının yerləşdirilməsi ilə bağlı müzakirələr aparılır.
Həmçinin Fransa xaric olmaqla bütün alyans üzvləri Nüvə Planlama Qrupu daxilində yer alırlar. Hansı ki, bu qrup alyans daxilində nüvə silahlarının miqdarının və gələcək planların müəyyən edilməsini müzakirə edir.
Hesabatda o da vurğulanıb ki, hazırda ABŞ-ın NATO müttəfiqlərindən olan Belçikada 20, Almaniyada 20, İtaliyada 50, Niderlandda 20 və Türkiyədə 70 ədəd nüvə başlığı mövcuddur.
Qeyd edək ki, Türkiyədəki nüvə başlıqlarının saxlandığı İncirlik hərbi bazası xaric digər bütün bazalarda bu silahların istifadə edilməsinə imkan verən qırıcılar mövcuddur.
Dəyanət Ağalarlı
Ordu.az