Ərəb NATO-su və ABŞ Yaxın-Şərq siyasəti: Vaşinqton kimin tərəfindədir?

2018/08/Снимок_1533278629.png
Oxunub: 2591     14:40     03 Avqust 2018    
ABŞ-ın məqsədi İran təhlükəsini aradan qaldırmaqdı yoxsa Yaxın-Şərqin iki böyüyən gücünü bir-birilə qarşı-qarşıya qoymaq?

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə sinqapurlu polotoloq Li Kuan Yu bildirib.

O qeyd edib ki, ABŞ Yaxın Şərqlə bağlı yeritdiyi bütün siyasi oyunlarda olduğu kimi bu məsələdə də ikitərəfli oynayır.

“Bu elə bir oyundur ki, hazırda Vaşinqtondan başqa qalib olmayacaq. İran artıq onillərdir ki, ABŞ-ın Yaxn Şərqdəki maraqlarına qarşı dayanan və hələ də sağlam şəkildə ayaqda qalmağı bacaran yeganə qüvvədir. İran əlbəttə ki, bu müddət ərzində özünü kifayət qədər inkişaf etdirib. Ona görə də Vaşinqton üçün heç də asan yem olacaq kimi görünmür. Ən azından illərdir tətbiq edilən sanksiyaların və təzyiqlərin Tehranı hələ də əhəmiyyətli şəkildə silkələyə bilməməsi bunu deməyə imkan verir”, - deyə politoloq qeyd edib.

O həmçinin bildirib ki, bununla yanaşı bölgədə getdikcə güclənməkdə olan başqa bir güc də var ki, bu da Ərəb Koalisiyasıdır: “Səudiyyə Ərəbistanının liderlik etdiyi Ərəb koalisiyası həqiqətən də özünün sürətli inkişaf dövrünü yaşayır. Hazırda ABŞ-ın yanında görünsələr də, artan gücün gətirəcəyi ambisiyalar Ərəb NATO-sunu ABŞ-la qarşı-qarşıya qoya bilər. Ona görə də Vaşinqton hazırda edə biləcəyinin ən yaxşısını edir. İran və Ərəb koalisiyasını qarşı-qarşıya qoy, onlar bir-birini zəif salsınlar və qazanan da sən ol”

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ərəb-Koalisiyası   İran  


Bizi "telegram"da izləyin