Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Hindistan Müdafiə Nazirliyinin rəsmisi Subhaş Bharme bildirib.
O qeyd edib ki, bunun üçün artıq ordu daxilində yeni araşdırma mərkəzinin qurulmasına başlanılıb.
Rəsminin sözlərinə əsasən, açılan yeni mərkəzdə süni zəka ilə bağlı elmi araşdırmalar aparılacaq.
Bharme həmçinin qeyd edib ki, hərbi rəhbərlik araşdırmalardan əldə edilən nəticələrin praktiki tətbiqinə imkan yaratmaq üçün süni zəka tətbiqli yeni hərbi vasitələrin ərsəyə gətiriləcəyi istehsal mərkəzi də formalaşdırmağı planlaşdırır.
Qeyd edək ki, Hindistanın süni zəkadan hərbidə istifadəsinin sadəcə müdafiə məqsədli olduğu və heç kimi təhdid etmədiyi bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az