Bağdadda partlayış baş verib

2018/08/m_id_414297_iraq_bomb_blasts-650x394_1533275846.jpg
Oxunub: 3536     13:42     03 Avqust 2018    
İraqın paytaxtı Bağdadın şimalında baş verən partlayış nəticəsində təhlükəsizlik qüvvələrindən bir nəfər həlak olub, bir nəfər isə yaralanıb.

Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, partlayış Bağdadın şimalındakı Səba Əl-Bor bölgəsində baş verib. Əvvəlcədən yol kənarına yerləşdirilmiş partlayıcı qurğu təhlükəsizlik qüvvələrini daşıyan maşının keçməsi zamanı partladılıb.

Hələlik hücuma görə məsuliyyəti heç kim öz üzərinə götürməsə də, hadisəni İŞİD-in həyata keçirdiyi ehtimal olunur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİDTerror  


Bizi "telegram"da izləyin