Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp bu barədə Pensilvaniya ştatında qatıldığı mərasimdə bildirib.
O qeyd edib ki, ABŞ bu məsələdə sonuna qədər prinsipiallığını davam etdirəcək.
“Biz Avropanı müdafiə etmək üçün pul xərcləyirik, lakin onlar öz üzərlərinə düşəni belə etmək istəmirlər. Mən onlarla bu məsələni sammit ərzində və daha sonra da müzakirə etdim. Onlara bildirdim ki, illik xərclərini 200 milyard dollara qaldırmalıdırlar. Onlar da razılıq verdilər. İndi sözdə verilən bu razılığı əməldə tətbiq etmək lazımdır. Biz bu məsələni sonuna qədər aparacağıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, müttəfiqlərin hərbi xərclərini 200 milyard dollara qaldırması əlavə 41 milyard dollarlıq artım deməkdir.
Dəyanət Ağalarlı
Ordu.az