Ərəb koalisiyası Hudeydədəki hücumda husiləri ittiham edir

2018/08/C2E3CA52-F902-468F-81EB-F4BC4FE6C551_w1023_r1_s_1533274775.jpg
Oxunub: 1962     13:17     03 Avqust 2018    
Yəmənin liman şəhəri Hudeydədə onlarla mülki şəxsin həlak olması və yaralanması ilə nəticələnən hücumun arxasında husilər dayanır.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələrinin mətbuat katibi polkovnik Turki Əl-Maliki danışıb.

İnsanların ölümünə koalisiya qüvvələrinin aviazərbələrinin səbəb olmasına dair iddialara cavab verən Əl-Maliki koalisiya qüvvələrinin həmin vaxtda Hudeydədə əməliyyat aparmadığını bildirib.

“Koalisiya qüvvələri əməliyyatlar zamanı beynəlxalq hüquq qaydalarını gözləyir. Əgər bizə görə belə bir hadisə baş versə, onun məsuliyyətini üzərimizə götürməyə hazırıq”, - deyə sözçü bildirib.

Qeyd edək ki, iki gün öncə baş verən hücum nəticəsində Hudeydədə 26 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərəb-koalisiyası   Husilər   Yəmən  


Bizi "telegram"da izləyin