Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, nazirlər İranla dünya dövlətlərinin bağladığı nüvə sazişinin gələcəyi və növbəti Xəzər sammitinə hazırlığı müzakirə ediblər. Suriyadakı vəziyyətin də müzakirə olunan məsələlər arasında olduğu bildirilir.
Qeyd edək ki, zənginləşdirilmiş uranı sıradan çıxarması qarşılığında İrana tətbiq olunan sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan nüvə sazişi 2015-ci ildə imzalanıb. Cari ilin may ayında ABŞ prezidenti Donald Trampın ondan çıxmasını elan etməsi ilə sazişin gələcəyi şübhə altına düşüb.
Ağalar Ağalarlı
Ordu.az