İsrail mart ayından bu yana 155 HƏMAS üzvünü zərərsizləşdirib

2018/08/6f6ab5bf-70ce-4c2e-87e2-882ad835f887_1533216899.jpg
Oxunub: 4476     21:38     02 Avqust 2018    
İsrail bu ilin aprel-iyul ayları ərzində Qəzza zolağında keçirilən əməliyyatlar zamanı HƏMAS hərəkatının 155 üzvünü zərərsizləşdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail hərbi mənbələri yayıb.

Bildirilib ki, bu ilin aprel ayından etibarən İsrail-Fələstin sərhədində hərəkatın üzvlərinin aktivliyi hiss olunmaqdadır.

Məlumata əsasən qeyd olunan dövr ərzində İsrail ordusu HƏMAS silahlılarına qarşı 240-a qədər əməliyyat keçirib.

Bildirilir ki, keçirilən əməliyyatlar zamanı hərəkatın 155 üzvü məhv edilib, daha 400-dən çoxu isə yaralanıb.

Qeyd edək ki, İsrail ordusu bu əməliyyatlardan 10-a qədər hərbçisi həlak olub, təxminən eyni qədər də yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin