Çin ASEAN ölkələri ilə ortaq təlimlər keçirilməsini istəyir

2018/08/Снимок_1533215403.png
Oxunub: 4272     21:06     02 Avqust 2018    
Çin Cənub-Şərqi Asiya ölkələri ilə ABŞ-ın iştirakı olmadan ortaq hərbi təlimlər keçirilməsini planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə müzakirələr bu gün Sinqapurda 51-ci ASEAN Xarici İşlər Nazirləri sammiti çərçivəsində keçirilən Çin-ASEAN panelində aparılıb.

Rəsmi məlumata əsasən, paneldə çıxış edən Çin nümayəndə heyəti üzvləri bildiriblər ki, Pekin ASEAN ölkələri ilə ortaq hərbi təlimlər keçirmək istəyir.

Qeyd olunub ki, dünyaya sülh və dostluq nümayiş etdirmək məqsədilə təlimlərin son zamanlar mübahisə mövzusu olan Cənubi Çin Dənizində keçirilməsi daha məqsədəuyğun olacaq.

Qeyd edək ki, Çin nümayəndə heyəti keçirilməsinə razılıq əldə olunacağı təqdirdə təlimlərdə ABŞ iştirak etməyəcəyini bilirib..

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ASEAN   Hərbi-Təlimlər  


Bizi "telegram"da izləyin