Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, həmin kritik obyektlərə müxtəlif kəşfiyyat, nəzarət və axtarış sistemləri, havada yanacaqdoldurma təyyarələri və elektron hücum təyyarələrini aid etmək olar.
Rusiya və Çin özünün uzaq mənzilli havadan müdafiə silahlarını, yer-hava raket sistemlərini təkmilləşdirməyə davam edir. Yeni əldə edilən silahlar ABŞ-ın həm Asiya-Sakit okean, həm də Avropa regionundakı hava əməliyyatlarına qarşı ciddi təhdid yarada biləcək tipdədir.
Xüsusilə Rusiya və Çin qüvvələri uzaq mənzilli hava-hava raketlərini MiQ-31, T-50 və J-20 təyyarələrində istifadə edə bilər.
Rusiyanın ynei R-37M RVV-BD uzaq mənzilli hava-hava raketləri MiQ-31BM-lər üçün artıq uyğunlaşdırılıb və ilkin əməliyyat qabiliyyətinə çatıb. Onun tədrici olaraq Su-35 və T-50 təyyarələrinə də inteqrasiyası planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az