Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Hindistan HHQ-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, şirkət Hindistan ordusunun xidmətindəki C-130J-30 Hercules” təyyarələrində yaşanan bir sıra nasazlıqların aradan qaldırılması ilə bağlı modernizasiya işləri həyata keçirəcək.
Bildirilib ki, ümumi dəyəri 22 milyon dollar olan layihə çərçivəsində şirkət 6 ədəd C-130 təyyarəsinin mühərrik sistemlərindəki nasazlıqları aradan qaldıracaq.
Qeydedək ki, sözügedən təyyarələr 2007-2013-cü illərdə 1,1 milyard dollar qarşılığında elə “Lockheed Martin” şirkətindən alınıb.
Dəyanət Ağalarlı
Ordu.az