"Növbəti müharibə tankla yox, İT ilə olacaq" - Amerikalı professor

2018/08/1033638670_1533210209.jpg
Oxunub: 4154     19:54     02 Avqust 2018    
“İnformasiya texnologiyalarında süni zəkanın tətbiqini daha çevik və funksional şəkildə tətbiq etməyi bacaran tərəf 3-cü dünya müharibəsinin qalibi olacaq”

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı “Massaçusets” texnologiyalar universitetinin professoru Stiven Vayt bildirib.

O qeyd edib ki, bu sahədə hələlik ABŞ və Çindən başqa hər hansısa bir ölkənin ciddi addımlar attığını demək mümkün deyil.

“Bu sahənin inkişafı hazırda milli təhlükəsizlik məsələləri üçün baza olmalıdır. ABŞ və Çinin bu sahədə önə düşməsi gələcəkdə onların potensial 3-cü dünya müharibəsinin əsas fiqurlarına çevriləcəyini deməyə imkan verir. Sadəcə süni zəka deyil innovativ texnologiyaların hərtərəfli tətbiqi gələcək üçün yatırılan ən uğurlu hərbi investisiya olacaq. Başı tank və ənənəvi silahların inkişafına qarışanlara çatdırmaq lazımdır ki, 3-cü dünya müharibəsində onlara ehtiyac olmayacaq. Ehtiyac duyanlar məğlubiyyətə razıdırlar deməkdir”, - deyə professor qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İnformasiya-Texnologiyaları   Süni-Zəka  


Bizi "telegram"da izləyin