“Black Hawk” çoxməqsədli taktiki helikopterlər nəyə qadirdir? – ARAŞDIRMA (FOTOLAR)

2018/08/3_4599625089.jpg
Oxunub: 1671     19:14     02 Avqust 2018    
UH-60 "Black Hawk" (Qara Şahin) ABŞ-ın "Sikorsky" şirkətinin hazırladığı helikopterdir. O, ABŞ-ın simvolu hesab edilən və Vyetnamda istifadə edilən "Bell UH-1" helikopterlərini əvəz edib. Yeni vasitələr 11 nəfər həbçini tam təchizatı ilə daşımaq üçün nəzərdə tutulurdu.

İlk nümunə 1974-cü il oktyabrın 17-də havaya qalxıb, 1976-cı ilin dekabrın 23-də isə HHQ-nin təşkil etdiyi müsabiqənin qalibi elan edilərək seriya istehsalına başlanılıb. Helikopter hələ də istehsal edilir. 1977-ci ildən bəri 4000-dən çox müxtəlif modifikasiyalı UH-60 "Black Hawk" helikopterləri istehsal edilib. Helikopter geniş ictimaiyyətə, 1993-cü ildə Somalinin paytaxtında baş verən hadisələrlə bağlı çəkilən "Qara Şahinin düşməsi" filmi ilə daha yaxından tanışdır.

İqtisadi inkişaf

UH-60 helikopterinin yaradılmasına, ABŞ hərbçilərinin "Boeing-Vertol", "Bell", "Lockheed" və "Sikorsky" şirkətlərinə UTTAS - "Utility Tactical Transport Air System" (çoxməqsədli taktiki nəqliyyat hava vasitəsi) proqramı çərçivəsində yeni helikopterin layihələndirilməsini istəmələrindən sonra başlandı.

Yeni çoxməqsədli taktiki helikopter dəniz piyada korpusunun istifadəsində olan "Boeing-Vertol" istehsalı etdiyi SNT-46 "Sea Knight" və orduda istifadə edilən "Bell UH-1" helikopterlərini əvəz etmək üçün nəzərdə tutulurdu.

1971-ci ildə hərbçilər yeni helikopterə qarşı aşağıdakı tələbləri irəli sürdü:

- 11-15 nəfərdən ibarət heyəti kabində daşımaq imkanı;
- 3 nəfərlik ekipaj;
- Helikopterin "Lockheed" С-130 və C-141 yük təyyarələrində sökülmədən daşınma imkanı;
- Helikopterin iki mühərriklə təchiz edilməsi.

İlkin istehsal proqramı 1100 ədəd helikopterin buraxılmasını 1985-ci ildə bitirməyi planlaşdırırdı. Bu proqram ABŞ-ın ən böyük hərbi helikopter proqramı idi. UTTAS proqramının əsasında yeni helikopterin layihələndirilməsi, yaradılması, əldə edilməsi və 10 il ərzində istismar edilməsi ABŞ-a 2.4 milyard dollar dəyərində başa gələcəyi gözlənilsə də, xərclər 6.5 milyard dollara qədər yüksəldi. Müvafiq olaraq hər bir helikopterin dəyəri də 2 milyondan 5,8 milyon dollara qədər artdı. 1972-ci ildə hərbçilər UTTAS helikopterlərinin texniki uçuş göstəricilərinə aid tələbləri və texniki şərtləri 9 istehsalçı şirkətə təqdim etmişdi.

UTTAS layihəsi üzrə versiyalarını təqdim edən 9 helikopter istehsalçısından Pentaqon yalnız "Sikorsky" və "Boeing-Vertol" şirkətlərini seçdi. Müqavilə şərtlərinə görə şirkətin hər biri 4 ədəd helikopteri nümunə üçün hazırlamalı idi. Onlardan biri statik sınaqlar üçün, digər üçü isə eksperimental uçuş sınaqları üçün nəzərdə tutulurdu.

1973-cü ildə "Sikorsky" şirkətinin ərbçilər üçün hazırladığı UTTAS helikopteri firma daxilində S-70, orduda isə UH-60A markasını qazandı. Sınaq məqsədli YUH-60 helikopteri 1974-cü ilin oltyabrın 17-də ilk dəfə havaya qalxdı.

1976-cı ildə ABŞ hərbçiləri tam sınaq mərhələsini başa çatdırdılar, "Sikorsky" və "Boeing-Vertol" şirkətlərinin məhsullarının nəticələri analiz etdilər və öz seçimlərini "Sikorsky" şirkətinin helikopterində saxladılar.

"Sikorsky" şirkətinin istehsal etdiyi UH-60A çoxməqsədli helikopterinin seçilməsində, 20 illik istifadə müddəti nəzərdə tutulan vasitənin aşağı istismar xərcləri və kiçik texniki risklər əsas rol oynadı.

Konstruksiyanın təsviri

Bir helikopterin füzelyajı yarı monokok tiplidir, bütöv metal gövdəsi isə yüngül ərintilərdən hazırlanır. Kevlar və şüşə lifli kompozit materiallar kabinin, qapıların, fənərlərin və mühərriklərin ətrafinda örtüklərin konstruksiyasında istifadə olunur. Füzelyaj zərbə əleyhinə formaya malikdir, o şaquli istiqamətdə 10 g, öndən isə 20 g yükün zərbəsinə davam gətiriir. Füzelyajın arxa hissəsində, asimmetrik bir profildə yuxarıya doğru bükülmüş bir qol üzərində bərkidilən idarəetmə (sükan) pərləri və sabitləşdirici yerləşdirilib. Sabitləşdiricinin ölçüsü 4.37 metrdir, düz formalıdır, idarə olunandır. Quraşdırma bucağının dəyişdirilməsi, idarəetmə sistemindən müxtəlif sürət göstəriciləri (hava, yan, bucaq və s.) əsasında verilən siqnallara uyğun olaraq həyata keçirilir.

Daşınma rahatlığı və parklama zamanı quyruq pərləri qatlanır. Pilotların iki nəfərlik kabininə daxil olması, hər iki tərəfdə yerləşdirilən və ehtiyac olduqda tullanıla bilən qaplar vasitəsilə mümkündür. Pilotların oturacaqları zirehlidir. Helikopterin yük kabini 4.95 x 2.21 x 1.87 m ölçülərindədir və 11.6 kubmetr daxili həcmə malikdir. Yük kabininin hər iki tərəfində 1,5x1.75 metr ölçülü sürüşən qapılar mövcuddur, burada tam təchizatlı 11 əsgər və ya xərəkdə 6 nəfər yaralı əsgər asanlıqla yerləşdirilə bilir.

Helikopterin şassisi üç dayaqlıdır, geri çəkilmir, hər dayaqda bir təkər mövcuddur. Şassinin əsas dayaqları iki kameralı amortizatorlar ilə təchiz olunub. Helikopterdə tətbiq edilən pnevmohidravlik amortizasiya sistemi, enmə zamanı gövdə yerə toxunmadan yaranan 40 g-yə bərabər yerin təsir enerjisini udmağa imkanı verir. Helikopter şassisinin bazası 8.83 m, şassi arası məsafə isə 2.7 metrdir.

Helikopterin daşıyıcı rotoru dörd pərli, pər birləşməsi isə şarnirlidir. Pərlərin birləşdiyi vint burması monolit olmaqla yanaşı, titan xəlitədən hazırlanır və yağlanma tələb etməyən dempferlər və elastomer podşipniklər ilə təchiz edilir. Bu, öz növbəsində, təmir işlərinin həcminin 60% azalmasına imkan verir. Helikopter pərləri düzbucaqlı bir formaya və oval kəsik bölmələrə malikdir və titan xəlitəsindən hazırlanır.

Pərlərin arxa kənarları və uclarının son hissəsi qrafit əsaslı kompozit materiallardan hazırlanır. Pərlər şüşə plastikdən hazırlanan materialla örtülür.

Helikopter pərləri təhlükəsiz və zədələnməyən konstruksiya prinsipi əsasında hazırlanıb. Buna görə də onlar 23 mm artilleriya mərmisinin təsirinə tab gətirə bilir. Pərlər elektriklə çalışan buzlanma əleyhinə sistemlə təchiz olunur. Helkopterin idarəetmə rotoru da dörd pərlidir, onun diametri 3.35 metrdir, pərlərin birləşməsi şarnirsizdir. İdarəetmə rotoru vint burmasına 20 dərəcəlik bir bucaq altında yana əyilmiş formada birləşdirilib, bu isə mərkəzləşmə diapazonunu artırmağa və çəkmə qüvvəsinin şaquli komponentini yaratmağa imkan verir. Vint burması 2 çapraz şəkilli qollardan ibarətdir. Pərlər düzbucaqlı formadadır, qrafit epoksid tərkibli kompozit materialdan istifadə edilərək hazırlanır, eləcə də elektriklə çalışan buzlanma əleyhinə funksiyaya malikdir.

Helikopterdə istifadə edilən 2 ədəd "General Electric T700-GE-700" qaz-turbo mühərrikləri, daşıyıcı pərlərin hər iki tərəfindəki gondollarda yerləşir.

T700-GE-700 mühərrikinin maksimal gücü 1285 kVt-dır. Bu mühərrik Vyetnamda fəaliyyət göstərən helikopterlərin istismarı zamanı əldə edilən təcrübə nəzərə alaraq hazırlanıb. Maşının yanacaq sistemi 150 litr həcmində standart daxili yanacaq çənlərindən ibarətdir, əlavə olaraq 440 litr həcmli bir daxili çən də quraşdırmaq mümkündür. Helikopterin HH-60 və MN-60 variantlarında, yəni daşıyıcı pərlər daha yüksək yerləşdirilərkən, 870 litr həcmli tullanıla bilən əlavə çənlər də quraşdırıla bilər. Helikopterin mümkün maksimum yanacaq həcmi 3545 litrdir. Helikopterin idarəetmə sistemi hidravlik və buster tiplidir, onlar bir-birini təkrarlaya bilir. Helikopter əlavə olaraq 67 kVt gücündə "Günəş" enerjisi ilə çalışan güc qurğusuna da malikdir. Bu qurğu əsas mühərriklərin və hidravlik sistemin işə salınmasını təmin edir. Helikopterin naviqasiya sisteminin əsas elementlərini ətalətli naviqasiya sistemi və doppler radiolokatoru təşkil edir.

Başlanğıcda peyklərdən istifadə edərək helikopterin koordinatlarının təyinetmə sistemini (GPS) qurmaq nəzərdə tutulurdu, lakin bu qurğu sonradan tətbiq edildi. Helikopterdə müdafiə üçün tələb olunan avadanlıqların tərkibinə infraqırmızı şüa reflektorlarının və izləyicilərinin avtomatik səpələnmə (dispersiya) qurğuları və ARP-39 radiolokasiya qəbuledici radarı da daxildir.

40 ildən artıq müddətdə istehsal edilməsinə baxmayaraq, bu gün biz hər hansı bir şişirtməyə yol vermədən deyə bilərik ki, "Black Hawk" XXI əsrin döyüş vasitəsidir. Bu helikopterlərin yaradılması bütün qoşun növlərində istifadə edilə biləcək və dünya liderinə çevriləcək universal platformaların inkişafına təkan verdi.

Quru qoşunlar üçün nəzərdə tutulan UH-60 baza modelindən başqa hidroakustik stansiya və maqnitometrlərə sahib SH-60F "Ocean Hawk" və SH-60B "Sea Hawk" kimi sualtı qayıq əleyhinə unikal modellərdə hazırlandı. Xüsusi əməliyyatlar və axtarış-xilasetmə əməliyyatları üçün hərbi axtarış və xilasetmə, eləcə də xüsusi əməliyyatlar üçün HH-60 "Rescue Hawk" və tərkibinə atəş dəstəyi, göyərtə, sanitar, REM və s. helikopterlərinin də daxil olduğu MH-60 "Knighthawk" ailəsinin istehsal xətti yaradıldı.

Hazırda bu helikopterlər aktiv şəkildə ixrac edilir. Müasir modellər saysız hesabda yüksək texnoloji avadanlıqlar ilə təchiz edilir, buna görə də onların anqarlardan kənar açıq ərazilərdə saxlanılması məsləhət görülmür, xidmət edən personaldan isə yüksək peşəkarlıq tələb olunur. Hərbi Dəniz Qüvvələri tərəfindən bütün qoşun növlərində istifadə edilən çoxməqsədli UH-60 helikopterlərinin silahlanmaya qəbul edilməsi həm istifadə şərtlərini sadələşdirdi, həm də istismar xərclərinin azalmasına səbəb oldu.

Quru qoşunlarında UH-60 helikopterləri, əvvəlki UH-1 "Iroquois"ləri, HDQ-də isə "Seasprite" döyüş maşınlarını əvəz etdi.
Hazırda helikopterlər uğurla atəş dəstək və nəqliyyat vasitələrinin vəzifələrini icra edir, eləcə də ağır SH-3 "Sea King" və dəniz MH-53 "Sea Dragon" minaaxtaran helikopterlərini əvəz edir.

UH-60 helikopterlərinin əsas uçuş texniki xüsusiyyətləri:

- Daşıyıcı pərlərin diametri - 16.36 m;
- İdarəetmə pərlərinin diametri - 3.35 m;
- Pərin uzunluğu - 19.26 m;
- Füzelyajın eni 2,36 m;
- Füzelyajın hündürlüyü 5.13 m;
- Helikopterin boş çəkisi 4819 kq;
- Maksimum qalxma kütləsi 10660 kq;
- Mühərrikin tipi 2 ədəd "General Electric T700-GE-701C";
- Mühərikin gücü 2x1890 a.g;
- Maksimal sürət 295 km/saat;
- Kreyser sürəti 278 km/saat;.
- Döyüş radiusu 592 km;
- Maksimum məsafə 2220 km;
- Praktik yüksəklik 5790 metr;
- Ekipaj 2 nəfər, əlavə 2 pulemyot operatoru;
- Faydalı yük daxildə 1200 kq, xarici asqıda isə 4100 kq, o cümlədən 11 əsgər və ya 6 yaralı xərəkdə;
- Silahlar (sifarişlə): kabin daxilində 2 ədəd 7,62 mm M240H pulemyotu və ya 2 ədəd 12,7 mm GAU-19 pulemyotu;
- Döyüş yükü 4 ədəd asqıda 4536 kq, o cümlədən idarəolunan və idarəolunmayan "hava-yer" və "hava-hava" raketləri, 20 və 30 mm-lik artilleriya qurğuları.

Yazı Yuferev Sergeyin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: ABŞ   Black-Hawk  

“Black Hawk” çoxməqsədli taktiki helikopterlər nəyə qadirdir? – ARAŞDIRMA (FOTOLAR)

2018/08/3_4599625089.jpg
Oxunub: 1672     19:14     02 Avqust 2018    