Əfqanıstanda silahlı hücum: 3 nəfər öldürülüb, 22 nəfər əsir götürülüb.

2018/08/1044981495_1533207650.jpg
Oxunub: 2105     18:59     02 Avqust 2018    
Əfqanıstanın paytaxtı Kabildə təxminən 20 nəfər silahlı şəxs mülki vətəndaşları atəşə tutub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum paytaxtın turistlərin çox olduğu Müssahi bölgəsinə edilib.

Məsələ ilə bağlı Əfqanıstan Daxili İşlər Nazirliyinin bildirdiyi məlumatda qeyd olunub ki, hücumlar zamanı 3 nəfər həlak olub, daha 22 nəfər isə əsir götürülüb.

Bildirilir ki, öldürülən şəxslər Hindistan, Malayziya və Makedoniyadan ölkəyə gələn turistlər olub.

Polis və ordu hazırda silahlı qruplaşmanı əsirləri buraxaraq təslim olmağa çağırıb.

Qeyd edək ki, silahlı şəxslərin “Taliban” qruplaşmasının üzvü olduğu ehtimal edilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban   İnsident  


Bizi "telegram"da izləyin