Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qəbul edilən büdcə layihəsində bir çox dövlətə hərbi dəstək göstərilməsi də yer alıb.
2019-cu maliyyə ili üçün nəzərdə tutulan hərbi büdcə planına əsasən ABŞ İsrailə 550 milyon dollarlıq hərbi yardım göstərəcək.
Belə ki, ayrılan məbləğin 500 milyon dolları 2 ölkə arasında hərbi əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə, 50 milyon dolları isə tunellər vasitəsilə HƏMAS-dan İsrailə edilən təhdidlərin aradan qaldırılması məqsədilə istifadə olunacaq.
Qeyd edək ki, ötən gün Konqresin yuxarı palatası hesab edilən senatda səsə qoyulan layihə qəbul edilərək (87 lehinə, 10 əleyhinə) imzalanması üçün ABŞ prezidenti Donald Trampa göndərilib.
Dəyanət Ağalarlı
Ordu.az