ABŞ QQ dronla mübarizə proqramına yatırımlarını artırır

2018/08/7868_1533206878.jpg
Oxunub: 2459     21:15     02 Avqust 2018    
ABŞ Quru Qoşunları drondan mübarizə proqramı çərçivəsində “Leonardo DRS” ilə 13 milyon dollarlıq yeni müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilə çərçivəsində ABŞ QQ-nin əsgərləri kiçik dronlardan müdafiə etmək məqsədilə maşınların üzərinə yerləşdirdiyi sistemin sınağı həyata keçiriləcək.

Qeyd edək ki, sözügedən sistemin istehsalını da məhz “Leonardo” şirkəti həyata keçirib. Bu sistemlərin istehsalı ilə bağlı 2017-ci ilin iyulunda firma ilə 16 milyon dollarlıq müqavilə imzalanıb. Bu müqavilə əsasında istehsal olunan “Maşına Quraşdırılmış Mobil Alçaq, Asta Pilotsuz Havadan Müdafiə Sistemi” bu il yayın əvvəllərində ABŞ QQ-yə çatdırılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Dron  


Bizi "telegram"da izləyin